Rusiya-Ukrayna müharibəsi müdafiə xərclərini və silah tələbini artırdıqca ABŞ-ın silah satışından əldə etdiyi gəlir 16 faiz artaraq 238 milyard dollara çatıb.
7NEWS.az xəbər verir ki, ABŞ Dövlət Departamenti 2023-cü ilin oktyabr ayına qədər olan maliyyə dövrünü əhatə edən hesabatı açıqlayıb. Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra silah satışlarının artdığını ortaya qoyan hesabata görə, ABŞ 2023-cü ildə xarici ölkələrə silah satışında 16 faiz artım göstərib. ABŞ-ın ümumi silah satışı 238 milyard dollarla rekord qırarkən, bu satışın 81 milyard dolları birbaşa dövlət satışlarından əldə edilib. Dövlət satışlarından əldə edilən məbləğ 2022-ci illə müqayisədə 56 faiz artıb. Qalan satışlar birbaşa xarici ölkələrə ABŞ müdafiə şirkətləri tərəfindən həyata keçirilib.
7NEWS.az








