ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) bombaların istehsal olunduğu laboratoriyanı tapıb.
Laboratoriya Kaliforniya ştatının San-Bernardino şəhərində 14 insanı güllələyən ər-arvadın - Sayed Rizvan Faruk və Taşfin Malikin evində aparılan axtarışlar nəticəsində aşkarlanıb.
FTB-nin Los-Anceles bölməsinin direktor müavini Devid Bouiça laboratoriyada 19 ədəd əldəqayırma partlayıcı qurğunun tapıldığını bildirib. FTB-nin nümayəndəsinin sözlərinə görə, istintaq terror aktının kimlərin göstərişi ilə həyata keçirildiyini hələ müəyyənləşdirə bilməyib.
Xatırladaq ki, terror aktı dekabrın 2-də baş verib. İki avtomat və iki tapança ilə silahlanan ər-arvad 14 nəfəri öldürüb, 21-i isə yaralayıb. Onlar hadisədən bir neçə saat sonra polislə atışmada öldürülüb.
Taşfin Malik terror aktından bir neçə saat əvvəl Feysbuk səhifəsində İŞİD terror qruplaşmasına dəstəyini ifadə edib./publika
7news.az








