RU
“ABŞ Suriyadan çıxmayacaq” - Müdafiə naziri
12:34
629

“ABŞ Suriyadan çıxmayacaq” - Müdafiə naziri

ABŞ-ın müdafiə naziri Ceyms Mettis sülh razılaşması əldə edilmədən ölkəsinin Suriyadan çıxmayacağını açıqlayıb.

7news.Az xarici mediaya istinadən xəbər verir ki, Mettis Pentaqonda açıqlamasında ölkəsi ilə müttəfiqlərinin İŞİD terror təşkilatına qarşı zəfər əldə edəcəkləri və Suriyada sülh yarandığı təqdirdə oradan çıxacaqlarını deyib: "Sülh razılığı əldə edilmədən Suriyadan çəkilmək fikrimiz yoxdur. Əvvəlcə müharibəni, sonra isə sülhü qazanmaq lazımdır. Suriya səfiri Steffan de Mistura ilə "Cenevrə” sazişinin nə yerdə olması və kömək etmək üçün nələr edə biləcəyimizlə bağlı görüşlər olacaq”. 

 

Mettis Suriyada 7 il ərzində yarım milyon insanın öldüyünü, milyonlarla insanın isə yaralandığını bildirərək, daxili müharibələrə son verilməsinin vacibliyini vurğulayıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ