ABŞ prezidenti Barak Obama Suriyanın şimalında Amerika xüsusi təyinatlılarının yerləşdirilməsinə razılıq verib.
Obamanın göstərişinə əsasən söhbət 50 xüsusi təyinatlıdan ibarət kiçik bir qrupdan gedir.
Qeyd edək ki, bu ABŞ-ın Suriyada ilk rəsmi quru əməliyyatıdır.
Həmçinin bildirilir ki, rəsmi Vaşinqton Türkiyədəki İncirlik hərbi bazasına F-15 qırıcıları və A-10 hücum təyyərələri də daxil əlavə olmaqla aviasiya qüvvələri göndərir.
7news.az








