7NEWS.az xəbər verir ki, ABŞ Çinin suveren olduğunu iddia etdiyi Tayvana hərbi dəstəyini davam etdirir. ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən açıqlamada, Dövlət Departamentinin Tayvana silahlı pilotsuz uçuş aparatları, raket avadanlığı və əlaqədar materiallar da daxil olmaqla 360 milyon dollarlıq yeni silah satışını təsdiqlədiyi bildirilib. Razılaşmaya Tayvana döyüş başlıqlı 291 Altius-600M pilotsuz uçuş aparatının və 720 Switchblade kamikadze pilotsuz uçuş aparatının satışı daxildir.
7NEWS.az








