ABŞ bombardmançıları İraqın Kərkük şəhərində hava hücumları həyata keçirməyib.
Bu sözləri ABŞ-ın İraqdakı səfiri Süart Cons deyib.
“Son vaxtlar ABŞ bombardmançılarının İraqın Kərkük şəhərinin Havicə bölgəsində hava hücumları həyata keçirməsi barədə yayılan məlumatlar yalandır. İraqın Müdafiə naziri Xalid Ubeydi də bu informasiyaların həqiqətə uyğun olmadığını söyləmişdi. İraqın suverenliyinə hörmət edirik. Koalisiya qüvvələri daim İraq hökuməti ilə əlaqəli şəkildə bu əməliyyatları aparır. Bu, gələcəkdə də belə olacaq”, - Cons vurğulayıb./axar
7news.az








