"ABŞ Türkiyə-Ermənistan arasında barışığın təbliğində də rol oynamağa hazırdır. Biz hər iki ölkənin diplomatiya və dialoq qurmasını alqışlayırıq”.
7NEWS.Az-ın xəbərinə görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid "Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda çıxışı zamanı deyib.
O, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin yanvarda keçirilən birinci görüşündən mütəəssir olduqlarını vurğulayıb.
"Türkiyə-Ermənistan dialoqu regional sabitliyi artırmaq və region üçün daha firavan gələcək yaratmaq potensialına malikdir”, - Donfrid qeyd edib.
7NEWS.Az








