ABŞ-ın Ağ Ev spikeri İrnest Avropanın immiqrant problemi ilə mübarizə aparan ölkələrinə Türkiyəni nümunə gətirib.
Cos İrnest Ağ Evdə keçirilən mətbuat konfransında Türkiyənin suriyalı immiqrantlara qarşı münasibətini nümunə gətirib.
Mətbuat konfransında immiqrantlarla bağlı suallara cavab verən İrnest bildirib ki, bu problemlə mübarizə apararkən immiqrantların da insan olduğunu nəzərə alınmalıdır: “Bu insanlar təhlükəli ərazilərdən qaçır. Liviya və Suriyada yaşayan insanların vəziyyətinin təsəvvür etmək belə çətindir. Lakin bu bölgədə insanlara kömək əli uzadan ölkələr də var. Məsələn, Türkiyə bir milyondan çox suriyalı immiqrantı qəbul etdi. Türkiyə hökuməti və türk xalqı evlərini tərk etmiş bu insanların ehtiyacını qarşılamağa çalışdı. Bunu Avropa Birliyi də etməlidir”./sia
7news.az
//







