RU
ABŞ Ukraynanı kamikadze dronlarla təmin etməyi nəzərdən keçirir
21:15
1094

ABŞ Ukraynanı kamikadze dronlarla təmin etməyi nəzərdən keçirir

Bayden administrasiyası Ukraynanı ABŞ istehsalı "Switchblade” kamikadze dronlarla təmin etməyi nəzərdən keçirir.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə "NBC News”a iki konqres nümayəndəsi məlumat verib.
Bildirilib ki, son dərəcə müasir bu dronlar uzun məsafədən Rusiyanın tankları və artilleriya mövqelərinə zərbə endirmək qabiliyyətinə malikdir.

Qeyd olunub ki, məsələ ilə bağlı yekun qərar qəbul edilməyib, lakin dronların bu gün müzakirə ediləcək Ukraynaya yeni hərbi yardım paketinə daxil edilməsi nəzərdən keçirilir.

Kamera, idarəetmə sistemi və partlayıcılarla təchiz edilmiş "Switchblades” dronları robotlaşdırılmış smart bombalardır. Onların 50 mil məsafəyə və 40 dəqiqə uçuş qabiliyyətlərinin olduğu bildirilir. Hazırda bu dronların personal əleyhinə (300) və zirehli maşınlar əleyhinə (600) olmaqla iki versiyasının mövcud olduğu bildirilir. AeroVironment tərəfindən istehsal edilən "Switchblade” dronları artıq ABŞ-ın Xüsusi Əməliyyatlar Komandanlığının inventarına daxil edilib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ