RU
ABŞ Ukraynaya hərbi yardım üçün əlavə 800 milyon dollar ayıracaq
23:45
1269

ABŞ Ukraynaya hərbi yardım üçün əlavə 800 milyon dollar ayıracaq

Birləşmiş Ştatlar Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayıracaq.

7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

Onun sözlərinə görə, təkcə bu həftə ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləği 1 milyard dollara çatıb.

Bundan əlavə, ABŞ hakimiyyəti Ukraynaya əlavə silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar və döyüş sursatları ötürmək niyyətindədir.

Bayden deyib ki, yardım paketinə, həmçinin 9 min tank əleyhinə sistem, 7 min atıcı silah və 20 milyon patron daxildir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ