Associated Press xəbər verir ki, aprelin 18-dən bəri 1600-dən çox adam saxlanılıb. Fələstinə dəstək nümayişlərində San Dieqo Kaliforniya Universitetinin tələbələri də iştirak edib.
7NEWS.az xəbər verir ki, ABŞ-da bir çox universitet şəhərciyində davam edən Fələstinə dəstək nümayişlərində San Dieqo Kaliforniya Universitetinin tələbələri də iştirak edib. Universitetin San Dieqo şəhərciyinə toplaşan tələbələr İsrailin Qəzzaya hücumlarına etiraz edərək, Fələstin bayraqlarını dalğalandırıb və şüarlar səsləndiriblər. Qrup müstəqil Fələstin üçün şüarlar səsləndirib və kampusda qurduqları həmrəylik çadırlarını pankartlarla bəzəyib.
7NEWS.az








