ABŞ və Avropa İttifaqı Rusiya Federasiyasına qarşı tez bir zamanda sanksiyaların tətbiqi üçün işçi qrupu yaradacaq.
Bu barədə 7NEWS.Az Almaniya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
"Digər məsələlərlə yanaşı, sanksiyaların tezliklə tətbiqini və sanksiyaya məruz qalan şəxslərin, onların ailələrinin və şirkətlərinin aktivlərinin dondurulmasını təmin etmək üçün ABŞ və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılacaq”, - məlumatda deyilir.
7NEWS.Az







