RU
ABŞ və Rusiya qarşı-qarşıya: genişmiqyaslı təlimlər başladı - FOTOLAR
23:30
398

ABŞ və Rusiya qarşı-qarşıya: genişmiqyaslı təlimlər başladı - FOTOLAR

"Soyuq müharibə”dən bu yana ilk dəfə Rusiya sərhədlərində hərbi güc yerləşdirən ABŞ Polşa ilə birgə hərbi təlimə başlayıb.

Təlimi başlanması ilə əlaqədar Polşanın Zagan hərbi bazasında təşkil edilən mərasimdə Polşa prezidenti Anjey Duda, müdafiə naziri Antoni Maçareviç və ABŞ-ın Polşadakı səfiri qatılıb.

80-dən çox tank və zirehli texnika ilə təxminən 4 min ABŞ hərbiçisi yanvar ayının ortasından bu yana Rusiya sərhədində yerləşdirilir. Zagan bazasında isə təxminən 1000 ABŞ hərbiçisi var.

NATO-nun digər üzvləri - İngiltərə, Kanada və Almaniyanın da hər biri Rusiya sərhədinə 1000 hərbiçi göndərəcək. Hərbi birliklər gələn ay Polşa, Bolqarıstan, Rumıniya və Baltikyanı regionu ölkələrində yerləşdiriləcək.

Rusiya isə eyni vaxtda Finlandiya sərhədinə yaxın ərazidə, Murmanskda hərbi təlimə başlayıb./publika
 
7news.Az











BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ