ABŞ Hərbi Hava Qüvvələrinin "F-22” qırıcısı və Rusiya Hərbi Kosmik Qüvvələrinin "Su-25” döyüş qırıcısı arasında Suriyada gərgin anlar yaşanıb.
Bu barədə "The Independent” məlumat yayıb.
Nəşrin məlumatına əsasən, adı açıqlamayan amerikalı məmur əməliyyat zamanı "F-22” qırıcısının bir neçə istilik yayan yalançı hədəflər (siqnal raketlərinin xatırladan) atdığını, bundan sonra Rusiya "Su-25” təyyarəsinin ərazini tərk etdiyini bildirib.
Onun sözlərinə görə, Rusiya qırıcıları davamlı olaraq ABŞ-ın nəzarət etdiyi hava məkanına daxil olublar.
TASS-ın Rusiya Müdafiə Nazirliyinə istinadən məlumatına görə, ABŞ qırıcısı Rusiya döyüş təyyarəsi yaxınlaşan zaman ərazini tərk edib. Nazirlik Rusiya "SU-25”lərinin humanitar avtomobil kortecinin müşayət etdiyini də bildirib.
Qeyd edək ki, dekabrın 11-də Rusiya prezidenti Vladimir Putin qoşunların Suriyadan çıxarılması qərarını verib./qafqazinfo
7news.Az








