RU
ABŞ və Rusiya Suriyadakı qruplaşmalarla bağlı razılığa gəlib
04:00
309

ABŞ və Rusiya Suriyadakı qruplaşmalarla bağlı razılığa gəlib

ABŞ və Rusiya arasında Suriyada hansı qruplaşmanı terrorçu hesab etməklə bağlı müəyyən razılıq var.

Bunu bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

"Bizim Rusiya ilə bir sıra qruplaşmalar, xüsusilə də, "Nüsra cəbhəsi" və "İraq-Şam İslam Dövləti" ilə bağlı razılığımız var", — deyə o bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, bu, danışıqlar prosesinin bir hissəsidir.
"Bəzi qruplar üzrə razılığımız var, bəziləri üzrə yox", — deyə Toner bildirib./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ