RU
ABŞ və Rusiya Suriyaya görə sənəd imzalayacaqlar
00:00
440

ABŞ və Rusiya Suriyaya görə sənəd imzalayacaqlar

ABŞ və Rusiya Suriyada hava təhlükəsizliyinə dair Memorandumu imzalamağa yaxındırlar.

Bunu Pentaqonun rəsmisi Ceff Devis bəyan edib.

"Biz sənədin imzalanmasına çox yaxınıq. Çox güman ki, Memorandum oktyabrın 20-də imzalanacaq. Rusiyanın Suriyadakı fəaliyyəti ilə qətiyyən razı olmasaq da, hava təhlükəsizliyinə dair sənədin imzalanmasına səy göstəririk ", deyə C.Devis bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Rusiya hərbi nümayəndələri Suriyada hava təhlükəsizliyinə dair üç videokonfrans keçiriblər. Hər iki tərəf son danışıqlarda irəliləyişin olduğunu qeyd etmişdi./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ