RU
ABŞ Venesueladakı seçkilərin nəticələrini tanımayıb
16:20
71

ABŞ Venesueladakı seçkilərin nəticələrini tanımayıb


7NEWS.az xəbər verir ki, ABŞ Venesuelada bazar günü keçirilən prezident seçkilərində müxalifətin namizədi Edmundo Qonzalesin qalib gəldiyi qənaətindədir.
ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Qonzalesin daha çox səs alması və seçki qutusunda qalib gəlməsinə dair güclü sübutlar var.
Venesuela Milli Seçki Şurası prezident Nikolas Maduronun 51 faiz səslə seçkilərdə qalib gəldiyini açıqlayıb.
Müxalifət seçkilərin saxtalaşdırıldığını və Edmundo Qonzalesin faktiki olaraq 73 faiz səslə prezident seçildiyini iddia edir.


7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ