ABŞ-ın vitse-prezidenti Maykl Pens Birləşmiş Ştatların Venesuelada demokratiyanı bərpa etmək üçün özünün bütün imkanlarından istifadə edəcəyini bildirib.
Bu barədə o, Kolumbiyada mətbuat konfransı zamanı bəyanat verib.
Pensin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp "aydın şəkildə bildirib ki, biz Venesuelada diktaturanın yaranmasına kənardan tamaşa etməyəcəyik”.
Vitse-prezident bildirib ki, Venesuela hökumətinin kollapsı "bütün yarımkürənin və ABŞ xalqının təhlükəsizliyinə və inkişafına təhdiddir”./oxu
7news.Az








