Yəməndə üsyançı husilər əsir götürdükləri 2 ABŞ vətəndaşını azad ediblər.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.
"Yəməndə əsir götürülmüş iki ABŞ vətəndaşı azad edilib və onlar təhlükəsiz şəkildə Omana çatıb”,-deyə məlumatda bildirilib.
Toner həmçinin vətəndaşların azad olunmasında göstərdiyi köməyə görə, Oman rəhbərliyinə minnətdarlığını bildirib.
Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, ABŞ husilər tərəfindən göstərilən humanitar jest alqışlayır./qafqazinfo
7news.Az








