RU
ABŞ xüsusi ordu komandanlığının sabiq əməkdaşı məxfi məlumatları ötürdüyünə görə tutulub
12:30
23

ABŞ xüsusi ordu komandanlığının sabiq əməkdaşı məxfi məlumatları ötürdüyünə görə tutulub

ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfdaş qurumlarla birlikdə Xüsusi Əməliyyatlar Komandanlığının (SOCOM) keçmiş əməkdaşını məxfi məlumatları media nümayəndəsinə ötürməkdə şübhəli bilərək saxlayıb.

Bu barədə Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patel "X" hesabında paylaşıb.

Direktor qeyd edib ki, saxlanılan şəxs ABŞ ordusunun yüksək səviyyəli hərbi bölmələrinə dəstək göstərən əməkdaş olub.

"Bu cür işlər üzərində çalışırıq və həbslər həyata keçiririk. ABŞ-ın təhlükəsizliyini riskə atan və ölkəyə xəyanət edən şəxslərə qarşı dözümsüzük”, – paylaşımda bildirilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ