RU
ABŞ yəhudi məskunlaşmalarına qarşı viza sanksiyaları tətbiq edib
13:50
25

ABŞ yəhudi məskunlaşmalarına qarşı viza sanksiyaları tətbiq edib


ABŞ dövlət katibi Blinken İordan çayının qərb sahilində fələstinlilərə hücum edən ekstremist yəhudi məskunlaşanlara qarşı viza sanksiyaları elan edib. Vaşinqton İordan çayının qərb sahilində artan hücumlara görə İsrail hökumətinə xəbərdarlıq etmişdi.

7NEWS.az xəbər verir ki, ABŞ İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumlar həyata keçirən ekstremist yəhudilərə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Vaşinqton son vaxtlar İsrailin 7 oktyabrda Qəzza zolağında HƏMAS-a qarşı başlatdığı əməliyyatlara paralel olaraq İordan çayının qərb sahilində yəhudi məskunlaşanların fələstinlilərə qarşı artan hücumlarından narahatlığını dəfələrlə dilə gətirib və İsrail hökumətinə xəbərdarlıqlar edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ