ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yəməndən Qırmızı dənizdə ABŞ donanmasının gəmisinə göndərilən pilotsuz təyyarəni vurduğunu açıqlayıb.
7NEWS.az xəbər verir ki, Pentaqondan verilən açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Thomas Hudner esminesinin Qırmızı dənizdə beynəlxalq sulardan keçərkən hədəf alındığı bildirilib. Açıqlamada Yəməndən gəmiyə doğru göndərilən pilotsuz uçan aparatın aşkar edilərək vurulduğu bildirilib. Hadisə zamanı ABŞ donanmasının gəmisinə heç bir ziyanın olmadığı bildirilib.
7NEWS.az








