RU
ABŞ Özbəkistanı İŞİD-ə qarşı qoşulmağa çağırdı
10:03
866

ABŞ Özbəkistanı İŞİD-ə qarşı qoşulmağa çağırdı

ABŞ bir çox ölkələrə analoji təkliflə çıxış edib.

ABŞ Özbəkistana İŞİD terror təşkilatına qarşı koalisiyaya qoşulmağı təklif edib.

Bu barədə jurnalistlərə ABŞ-ın Cənubi və Mərkəzi Asiya işləri üzrə dövlət katibinin köməkçisi Deniel Rozenblüm məlumat verib. O bildirib ki, ABŞ bir çox ölkələrə analoji təkliflə çıxış edib. Məlum olub ki, ABŞ Özbəkistanın Müdafiə nazirliyi üçün 328 zirehli avtomobilin təchizatını yekunlaşdırıb.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezident Administrasiyasının rəsmisi verdiyi bəyanatda koalisiya qüvvələrinin 57 İŞİD hədəfini vurduğunu bildirmişdi./olke

7news.az

 

//

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ