RU
00:06
413

"Abşeron" Gənclər Şəhərciyində yanğın, sakinlər təxliyyə olunub

Abşeron rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.

Hadisə rayon ərazisindəki "Abşeron" Gənclər Şəhərciyində baş verib.

Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəsində elektrik kabellərində qısaqapanma baş verib. Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.

Hazırda binanın elektrik naqilləri yoxlanılır./trend

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ