7News.az xəbər verir ki, Abşeron rayon Xırdalan
şəhər 3№-li tam orta məktəb-liseyi şagird sayına görə rayonun böyük
məktəblərindən biridir. Məktəbdə texniki fənlər üzrə lisey siniflər fəaliyyət
göstərir. Məktəb 1983-cü ilin 23 fevralında istifadəyə verilmişdir. Rayon
rəhbərliyinin göstərişi ilə məktəb əsaslı təmir olunmuş və şagirdlərin
istifadəsi üçün yararlı hala gətirilmişdir. Bina 1176 yerlik olsa da
hal-hazırda 1608 şagird təhsil alır.
Məktəb-liseyin rəhbəri, gənc direktor Sevinc Əliyeva olduqca peşəkar və
nümunəvi idarəçilik modeli qura bilib. Onun rəhbərliyi ilə məktəb-liseyin
uğurları ildən-ilə artmaqda davam edir. 2012-ci ildə məktəb-litsey Respublika
məktəbləri arasında "İlin məktəbi" adını almışdır. Eyni ildə məktəbin
müəllimi Gülşən Hümbətova da "İlin ən yaxşı müəllimi" adını
qazanmışdır.
Redaksiyamıza yazan valideynlər Məktəb-liseyin rəhbəri, gənc direktor Sevinc Əliyevanın həm də gözəl psixoloq olduğunu qeyd edirlər. Valideynlərdən Anar Əzimov və Vüqar Tağıyev Sevinc Əliyevanın aztəminatlı ailələrə xüsusi həssaslıqla yanaşdığını qeyd edirlər.
7News.az







