RU
Abşeronda avtomobilin vurduğu gənc komaya düşüb
15:30
248

Abşeronda avtomobilin vurduğu gənc komaya düşüb

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolu keçən 1996-cı il təvəllüdlü Nəsirov Nazir İltifat oğlunu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona baş-beyinin ağır dərəcəli əzikləri və bədənin müxtəlif nahiyələrində çoxsaylı əziklər diaqnozları qoyulub. Yaralıda komatik vəziyyət müşahidə olunur.

Hadisənin təfərrüatı araşdırılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ