RU
Abşeronda
22:10
259

Abşeronda "BMW" yol kənarına aşıb, 3 nəfər xəsarət alıb

Abşeron rayonunda (Digah-Məmmədli avtomobil yolunun 2-ci kilometrliyi) "BMW" markalı minik avtomobili yol kənarına aşıb, 3 nəfər xəsarət alıb.

Bu barədə 7NEWS.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nəticədə avtomobilin mühərrik hissəsi yanıb.

Hadisə zamanı sürücü və 2 nəfər sərnişin müxtəlif bədən xəsarətlərilə yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ