RU
Abşeronda naməlum avtomobil piyadanı vuraraq öldürüb
12:05
410

Abşeronda naməlum avtomobil piyadanı vuraraq öldürüb

Azərbaycanda iki piyadanı avtomobil vuraraq öldürüb.

7news.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Belə ki, oktyabrın 14-də saat 18 radələrində Sabunçu rayonu ərazisində Zabrat qəsəbə sakini Nəsib Orucov idarə etdiyi "VAZ-2104” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rasim Həsənovu vurub. R.Həsənov oktyabrın 15-də N.Orucovun evində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Digər anoloji hadisə Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb. Oktyabrın 14-də saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Azad Allahverdiyev vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ