Abşeron rayonu ərazisində qətl hadisəsi baş verib.
7News.az xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəraiz Zakir qızı Hüseynovanı və baldızı qızı, 1999-cu il təvəllüdlü Amuz Təbrizi Rəhilə Əsgər qızını öldürüb.
Q.Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.
Hadisəni törədən Q.Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.//apa
7News.az








