Abşeron rayonunun Qobu qəsəbəsindən qətl hadisəsi baş verib.
Bu gün qəsəbə sakini Rövşən Abbasovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb. Rayon polisi və prokurorluğu əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunan Tural Əlizadə tutulub. Ondan müvafiq sənədləri olan "Vinçester” markalı tüfəng və patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.
7News.az








