RU
Abşeronda un dəyirmanı uçub — ölənlər və yaralananlar var - YENİLƏNİB
18:50
766

Abşeronda un dəyirmanı uçub — ölənlər və yaralananlar var - YENİLƏNİB

Abşeronda bədbəxt hadisə baş verib, 2 nəfər ölüb.

Xırdalanda dəyirmanın hasarı uçub. Nəticədə iki fəhlə uçqun altında qalaraq, ölüb.

Abşeron rayon Prokurorluğundan bildirilib ki, "Arient" MMC-yə məxsus dəyirmanın hasarı aşıb. Nəticədə 1994-cü il təvəllüdlü Rəcəb Cavadov və 1995-ci il təvəllüdlü Sadiq Mehdiyev uçqun altında qalaraq, ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıb./apa
------
Abşeron rayonu Xırdalan şəhəri ərazisində dəyirman uçub.

7news.Az xəbər verir ki, faktı təsdiq edən Abşeron Rayon Polis idarəsinin rəisi müavini Azər Cahangirov SalamNews-a bildirib ki, hadisə nəticəsində 2 nəfər ölüb, yaralananlar var.

Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ