Faktla bağlı araşdırma aparılır
Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Atyalı qəsəbəsində qeydə alınıb.
Cəlilabad rayon sakini Çingiz Quliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bəxtiyar Mustafayevi vurub. B.Mustafayev xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. /teleqraf
7news.az








