Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsinin sakinləri ətrafın zibilliklərdən təmizlənməməsindən şikayətçidir.
Sosial şəbəkədə yayılan görüntülərdə qeyd edilib ki, Abşeron Rayon İcra Hakimiyyəti bu natəmizliyə göz yumur. Belə ki, zibil qutuları boşaldılsa da, ətrafdakı zibillər təmizlənmir. Bu isə ətrafa çirkab sularının yayılmasına və xoşagəlməyən qoxunun yayılmasına səbəb olur./oxu








