inin Sişuanban muxtar dairəsində milli parkdan qaçan fil yoluna çıxan qadına hücum çəkib.
Bu barədə "South China Morning Post” məlumat yayıb.
Yerli polisin verdiyi açıqlamaya görə, beş nəfərdən ibarət ailə (azyaşlı qız, valideynləri və nənə-babası) dincəlmək üçün parka yollanıb. Yolda azyaşlı tualetə getmək istədiyindən, avtomobili saxlayıblar və anası onu kolluğa aparıb.
Bu əsnada ağacların arasından çılğın bir fil peyda olub. O, qızın anasına hücum edib, onu yerə yıxaraq, bir neçə dəfə üstünə çıxıb. Qadın sağ qalsa da, xəstəxanaya qabırğa və ayaq sınıqları ilə çatdırılıb.
Nəşrin yazdığına görə, atası qızı ərazidən vaxtında uzaqlaşdıraraq nənə-babasının olduğu maşına yerləşdirib, əks təqdirdə, uşaq çılğın filin əlindən qurtula bilməyəcəkdi.








