Türkiyənin Hakkari vilayətində yağan qardan sonra qida tapa bilməyən tülkü bölgədəki kəndlərdən birinə gəlib. 2 aydır ac qalan tülküyə isə yerli sakinlərdən biri kömək edir.
Moderator.az xəbər verir ki, sözügedən adam tülkünü ac buraxmamaq üçün hər gün evinin pəncərəsinin kənarlarına və bağçasına yemək qoyur. İnsanlardan qaçmayan tülkü qarnı doyduqdan sonra uzaqlaşaraq yaşadığı əraziyə gedir.
Sözügedən vətəndaş ətrafdakı insanlar tərəfindən çaşqınlıqla qarşılandığını və insanların ona qəribə baxışlarla baxdıqlarını söyləyib.
7NEWS.Az








