RU
`Ağcabədidə aksiya keçirilməyib`
16:07
1121

`Ağcabədidə aksiya keçirilməyib`

“Mətbuatda yayılanlar hamısı şayədir”.

Bu sözləri açıqlamasında Ağcabədi Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Gülmalı Orucov deyib.

Hazırda növbətçi hissədə olan Gülmalı Orucov bildirdi ki, rayonda etirazların olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ağcabədidə aksiya keçirilməyib. Mən hazırda növbətçi hissədəyəm. Mətbuatda yayılan xəbərlər şayədir. Sadəcə olaraq, bu gün 3 nəfər binanın üstünə çıxaraq intihara cəhd edib, lakin operativ tədbirlərin nəticəsində onların həyatını xilas etmək mümkün olub”.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda yaşayan məcburi köçkünlərin etiraz mitinqi təşkil etdiyi ilə bağlı məlumatlar yayılmışdı./femida

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ