RU
Ağcabədidə avtomobil yaşayış evinin divarına çırpılıb, ölən var
10:30
39

Ağcabədidə avtomobil yaşayış evinin divarına çırpılıb, ölən var

Ağcabədidə avtomobil divara çırpılıb. 1997-ci il təvəllüdlü Xanlarov Bahadur Hidayət oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsinin sol tərəfində olan fərdi yaşayış evinin divarına çırpılıb. Nəticədə sürücü xəsarətlərlə xəstənaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq B. Xanlarov ölüb. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ