Azərbaycanda uşaq bədbəxt hadisə nəticəsində ölüb.
7News.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonunun Kürdlər kəndində qeydə alınıb.
Kənddə yaşayan Səmərqə Süleymanovanın evində Bakı şəhər sakini, nəvəsi, azyaşlı Zəhra Abıyeva pəncərəyə quraşdırılmış dəmir barmaqlıqların arasında qalaraq boğulub.
Faktla bağlı araşdırma aparılır.








