Ağcabədidə üç otaqlı yaşayış evi yanıb.
Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a verilən məlumata görə, qamışdan ibarət birmərtəbəli evdə yanğın zamanı 1944-cü il təvəllüdlü Ələmşahova Şərəfnisə Xasay qızı dünyasını dəyişib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








