RU
Ağcabədidə maşın ağaca çırpıldı: ölənlər var
10:10
485

Ağcabədidə maşın ağaca çırpıldı: ölənlər var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a verilən məlumata görə, rayonun Muğanlı kəndində "VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1987-ci il təvəllüdlüAbdullayev Şahin Rövşən oğlu və sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlu hadisə yerində ölüblər. Əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri sürücü və sərnişinin meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ