Ağcabədidə maye qaz doldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olub.
7news.Az-ın APA-ya istinadən xəbərinə görə, partlayış zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
"18 BG 546” dövlət nömrə nişanlı "ZİL” markalı yük maşının sürücüsü, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsirov Gülhüseyn Əlihüseyn oğlu yanıq xəsarəti ilə Ağcabədi Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yanacaqdoldurma məntəqəsində propan qazı daşıyan maşından maye qazın çənlərə boşaldılması zamanı yaranan texniki nasazlıq olub.
Ağcabədi rayon Prokurorluğu və FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları hadisə yerində araşdırma aparır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerində başqa şəxslərin olması ehtimalı araşdırılır.
-----
Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində baş verən partlayış nəticəsində bir nəfər ölüb.
7news.Az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, insident rayonun Boyad kəndində qeydə alınıb.
İlkin məlumata görə, partlayış çənə qaz vurulan zaman baş verib.
Hadisə nəticəsində ağır xəsarət alan daha bir nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.








