RU
Ağcabədidə PARTLAYIŞ: Xəsarət alan var
16:13
384

Ağcabədidə PARTLAYIŞ: Xəsarət alan var

Ağcabədi rayonunda evdə qaz sızmasından partlayış hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Ağcabədi şəhərində, Səfa Qəhrəmanov küçəsində yerləşən evdə qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Qasımova Afaq Tofiq qızı mətbəxdə qaz sobasını yandıran zaman partlayış baş verib.

Yanıq xəsarətləri alan qadın Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Orada A.Qasımovaya 2-ci və 3-cü dərəcəli yanıq diaqnozu qoyulub və Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.//Apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ