RU
Ağcabədidə qəza: Ölən var
10:50
891

Ağcabədidə qəza: Ölən var

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qiyamədinli kəndində qeydə alınıb. Ağdam rayon sakini   Qəhrəmanov Qırımxan Qəhrəman oğlu idarə etdiyi 02 KX 819 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobillə hərəkətdə olan "Belarus" markalı traktorla toqquşub. Nəticədə minik  avtomobilinin sürücüsü Q.Qəhrəmanov hadisə yerində həyatını itirib, sərnişin Cavadov Rəşad İlqar oğlu isə müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb,  traktor sürücüsünün kimliyi araşdırılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ