RU
Ağcabədidə toy kaseti oğurlanıb, bəy-gəlin şəkili üzərinə bıçaq qoyulub -
23:34
2419

Ağcabədidə toy kaseti oğurlanıb, bəy-gəlin şəkili üzərinə bıçaq qoyulub -

İstintaq qrupu yaradıldı.

Ağcabədi rayonunda qəribə oğurluq hadisəsi baş verib.

7news.az Report-a istinadən xəbər verir ki, rayonun Taxtakörpü qəsəbəsində salınmış Laçın obalarının Qarakeçdi yatağında 2 ev yarılıb.

Laçın məcburi köçkünü Gülbikə Verdiyeva yaylaqdan qayıdarkən qapının qırıldığını və evdən bəzi əşyaların aparıldığını bildirib.

Onun sözlərinə görə, həmçinin oğlunun toy kaseti oğurlanıb, mənzilin girişinə 2 qədəh, bəy və gəlinin şəkili üzərinə isə bıçaq qoyulub.

O, oğruların qonşuluqda yaşayan Bəyoğlan Verdiyevin də evini yardıqları bildirib.

Faktla bağlı Laçın rayon Polis şöbəsində istintaq qrupu yaradılıb, təhqiqat aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ