Ağcabədi rayonunda yük və minik maşınlarının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər ağır xəsarət alıb.
Hərəkətdə olan "KamAZ"la "Lada Priora" markalı avtomobillər toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü, 1979-cu il təvəllüdlü Allahverdi Yusif oğlu İmanov hadisə yerində ölüb. Minik maşınında olan digər sərnişinlər - sürücünün atası, 1942-ci il təvəllüdlü Yusif Allahverdi oğlu İmanov, 1948-ci il təvəllüdlü Cəlilabad Əbdül oğlu Nadirov və1972-ci il təvəllüdlü Vüqar Cəmşid oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.








