RU
Ağcabədidə yüksək sürət qəzaya səbəb oldu, yaralı var
20:23
594

Ağcabədidə yüksək sürət qəzaya səbəb oldu, yaralı var

Ağcabədi royunu ərazisində ağır yol qəzası hadisəsi baş verib.

Hadisə Ağcabədi-Hindarx yolunun "Dörd yol" adlanan ərazisində baş verib.

Ağcabədi istiqamətindən hərəkətdə olan 04 BK 721 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobil həmin ərazidən Hindadx istiqamətinə dönərkən, Qarabağ kanalı üzərində olan körpünün qoruyucu səddinə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri, Əsədov Həsən Lətif oğlu ağır yaralanıb. Yaralı dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Şahidlərinin bildirdiyinə görə, hadisəyə səbəb yüksək sürət olub. Oda bildirilib ki, avtomobildə olan şəxslərin içkili olması ehtimal edilir./atv

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ