Murat Boz, Acun Ilıcalı, Şeyma Subaşı, Emre Belözoğlu, Arda Turan və Burak Yılmaz ötən gün Etilərdə birlikdə yemək yeyiblər.
7News.az "gazetevatan"a istinadla bildirir ki, onlar həmin gün masa ətrafında çəkdikləri fotonu sosial şəbəkəyə yükləyiblər.
Qonaqlıqdakı tək qadının Şeyma Subaşı olması diqqət çəkib. Bunu görən sosial şəbəkə fenomenləri müxtəlif "caps"lər hazırlayaraq onu ələ salıblar. Belə ki, onlar 3-4 nəfər kişinin içki masasındaykən çəkilən şəkillərinə "Masada təkcə Şeyma çatışmır", - yazıblar.
7News.az












