Türkiyənin ən çox izlənilən yarışmalarından olan "Survivor 2021"ə start verilib.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hər il fərqli şəkildə məşhur və könüllü yarışçıların qarşısına çıxan aparıcı Acun Ilıcalı bu dəfə də kreativliyi ilə seçilib.
Belə ki, ilk öncə Ilıcalı xüsusi sifarişlə hazırlanan motosikletlə uzun müddət yol gedib.
Acun bu nəqliyyat vasitəsinin Türkiyədən Dominik Respublikasına göndərilməsi ilə bağlı motosiklet istehsalçısı Tarhan Telliyə təşəkkür edib.


Daha sonra aparıcı növbəti möhtəşəm sürprizini edib. O, iştirakçıların olduğu adaya köpəkbalığı şəklində olan gəmiylə gəlib.
"Innespace Seabreacher" kimi tanınan həmin gəmi delfinlərin hərəkətini təqlid etmək qabiliyyətinə malikdir.
Dəniz vasitəsinin qiyməti 80-100 min dollar arasında dəyişir.
Formasına görə köpəkbalığı və delfinə bənzəyən bu nəqliyyat vasitəsinin uzunluğu 5 metrdən çox, eni 1 metrdir.








7News.Az








