Türkiyəli aparıcı və TV8 kanalının sahibi Acun Ilıcalı boşandığı həyat yoldaşı Şeyma Subaşı ilə bir araya gəlib.
7News.Az axşam.az-a istinadən bildirir ki, ötən il boşanan cütlük aylar sonra ilk dəfə bir yerdə görüntüləniblər.
İzmirin Çeşmə bölgəsində tətil edən eks-cütlük təsadüfən eyni məkanda qarşılaşıblar. Onların fotoları sosial mediada yayılıb.
Qeyd edək ki, Şeyma və Acunun bir qızı var.

7News.Az








