Rusiyanın xalq artisti Qennadi Hazanov 70 yaşı münasibətilə ad günü tədbiri keçirib.
“Safisa” sarayında baş tutan yubiley mərasiminə 200 qonaq qatılıb.
Təntənəli şəkildə keçirilən ziyafətdə Hazanovun ailə üzvləri ilə yanaşı Rusiyanın yüksək vəzifəli şəxsləri, eləcə də Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.


Prezident Vladimir Putin xalq artistini şəxsən təbrik edib.
Putinlə adı birgə çəkilən məşhur gimnast və eks-deputat Alina Kabayeva da qonaqlar sırasında olub.
Qeyd edək ki, mərasimdə tort kəsilən zaman Azərbaycanın milli musiqisi səsləndirilib./qafqazinfo
7news.az








